Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında həyatın yaşam sığortası üzrə 425 milyon 81 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 29,9% və ya 97,9 milyon manat çoxdur.
Məlumata görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 52,5 milyon manat və ya 26,6% artaraq 249 milyon 929 min manata çatıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 327,1 milyon manata, ödənişlər isə 197,4 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!