Həyat sığortasında ödənişlər 8 dəfəyə yaxın artıb | Banco.az

Həyat sığortasında ödənişlər 8 dəfəyə yaxın artıb

Bu ilin yanvar - sentyabr aylarında Azərbaycanda toplanan sığorta haqlarının 24,5%-i və ya 76,85 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Azərbaycan Sığortaçılar Assosiyasiyasından verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 25,55 milyon manat və ya 49,8% böyüyüb.

Həyat sığortası üzrə yığımların 51,5%-i və ya 39,6 milyon manatı həyatın yaşam sığortasının, 31,8%-i və ya 24,4 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,3%-i və ya 12,5 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 313 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin ilk 9 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 23,55 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 20,2%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 20,5 milyon manat və ya 7,8 dəfə çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Həyat sığortası üzrə ödənişlərin 87,8%-i və ya 20,67 milyon manatı həyatın yaşam sığortasının, 8,6%-i və ya 2,03 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 3,3%-i və ya 784 min manatı həyatın ölüm halından sığortasının, cəmi 62500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 30,6 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar - sentyabr aylarında bu göstərici 5,9 manat olub.

Fins.az