Hansı banklar lombard krediti verir? (siyahı) | Banco.az

Hansı banklar lombard krediti verir? (siyahı)

Lombard kreditləri dedikdə, qızıl və ya digər zinət əşyalarını girov qoyaraq, götürülən pul nəzərdə tutulur. Borc pulu ödədikdən sonra girov qoyulan əşyalar geri qaytarılır. Bu  fəaliyyət növü ilə ənənəvi olaraq, xüsusi lombard müəssisələri məşğul olurdu. İndi isə banklar da oxşar xidməti, lakin daha sərfəli və etibarlı şərtlər ilə təqdim edirlər.

Lakin adi Lombard krediti ilə bankların təqdim etdikləri lombard kreditləri arasındakı fərqə diqqət yetirsək, bankdan qızıl zinət əşyası ilə pul götürərkən daha az  itki olduğunu görə bilərik.

Həmçinin bankların təqdim etdikləri lombard kreditlərinin bir çox üstün cəhətləri vardır:

  • Müştərinin qızıl-zinət əşyasını bankda girov saxlaması daha təhlükəsizdir;
  • Ödənişlərdə istənilən filialda ödəyə bilməsi, lakin Lombard-da isə yalnız götürdüyü ofisdə ödənişləri edə bilərsən;
  • Banklarda qızılın daha yüksək qiymətləndirilməsi;
  • Banklarda istənilən vaxt rahat tam ödənişi etməsi və tez girovun qaytarılması;
  • Fiziki şəxslərdən Lombard köşklərinin istənilən vaxt bağlanması və həmin şəxsin gizlənməsi, lakin banklarda isə tam şəffaflıq hökm sürür;
  • Banklarda əmanətə toxunulmur, lakin Lombardlarda isə bu mümkün olur;
  • Banklarda girovun yalnız müştərinin razılığı ilə və ya məhkəmənin qərarı ilə açılması, lakin Lombardlarda isə ödəniş gecikdiyi halda girov açıla bilər.

Əsasən banklarımızda lombard kreditlərinin əldə edilməsi üçün tələb olunan sənədlər bunlardır:

  •  Kredit sifarişi haqqında ərizə;
  •  Borcalanın şəxsiyyətini təsdiq edən sənəd;
  •  Borcalanın kredit tarixi barədə Mərkəzləşdirilmiş Kredit Reyestrindən arayış;
  •  Bir borcalanla və ya bir-biri ilə əlaqədar borcalanlarla bağlı cəmləşmə riski barədə məlumat (belə hal baş verdikdə);
  •  Borcalanın gəlirləri barədə sənəd;
  •  Mövcud qanunvericiliyə uyğun olaraq girov predmetinin qiymətləndirilməsi tarixi, metodu, qiymətləndirici göstərilməklə qiymətləndirmənin nəticələri barədə hesabat.

Bankın adı

Məbləğ

Müddət

% dərəcəsi

Komisyon və xərclər

Məbləğin girova nisbəti

Bank Respublika

200-15 000 AZN

36 ay

33%

1%

80 -95%

Parabank (lombard)

100-10 000 AZN

3-36 ay

26.5-40.5%

4%

100%i

NBC Bank

500 000 AZN-ə qədər

60 ayadək

24%

2% (min. 30 AZN)

Təminat bank hesablarındakı vəsait olarsa, kreditin məbləği vəsaitin 95%-dək

Azər-TürkBank

5000 AZN

12-24 ay

22-24%

1%

60%i

Muğanbank

5000 USD

24 ayadək

30-36%

2%

100%i

Turanbank

10 000 AZN

24 ay

minimal 30%

2%

120%-i

United Kredit Bank

50 000 AZN

24 ayadək

24-36%

 

80%-i

Qafqaz İnkişaf Bankı

2000 AZN/USD-ə dək

24 ay

36%-ədək

 

80%

Bank Technique

200-5000 AZN

3-24 ay

24-28%

20 -45 AZN (+10 AZN)

70%

Rabitə Bank

50 000 AZN-ə dək

24 ay

28-32%

3.9%

150%

Beynəlxalq Bank

10 000 AZN-ə dək

36 ay

22%

 

150%i

Exspress Bank

300-5000 AZN

3-24 ay

32%

3.3%

90%i

DəmirBank

30 000 AZN

3-36 ay

28%-dən başlayaraq

2%

100%i

AG Bank

10 000 USD-a dək

2 ilədək

27%

1 %

80%

Nikoil Bank

300-5000 AZN

3-18 ay

32%

2%

25%

Ən sərfəli kredit üçün müraciət et

Bank of Baku, Unibank və Yapı Kredi Azərbaycan Bankında Lombard məhsulları yoxdur. Amrah Bank da hazırda bu kreditlərin verilməsini dayandırıb. ParaBankda isə Lombard kreditləri verilsə də, Lombard + kreditlərinin verilməsinə müvəqqəti olaraq məhdudiyyət qoyulub.