Azərbaycan 6 milyard kubmetrdən çox qaz ixrac edib | Banco.az

Azərbaycan 6 milyard kubmetrdən çox qaz ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən 3 ayda (yanvar-mart) ölkədən 6 milyard 257 milyon 78 min kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 883 milyon 209 min ABŞ dolları olub.

Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 6,1% çox, dəyər baxımından isə 14,6% azalıb.

Qeyd edək ki, yanvar-mart aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,86% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram