Mis konsentratının istehsalı 7 dəfə artıb | Banco.az

Mis konsentratının istehsalı 7 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda mis konsentratının istehsalı 3 min 767,4 ton olub.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,1 dəfə çoxdur.

Bu ilin aprelin 1-nə olan məlumata görə, ölkədə mis konsentratının ehtiyatı isə 2 min 762,1 ton təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram