Yelo Bank-ın kredit portfeli 13%-dək artıb | Banco.az

Yelo Bank-ın kredit portfeli 13%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-ın xalis mənfəəti 2026-cı ilin yanvar-mart aylarında 6 milyon 685 min manat təşkil edib. 

Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, mart ayının sonunda bankın cəmi aktivləri 1 milyard 512 milyon 823 min manat olub.

Hesabat dövründə bankın kredit portfeli böyüyüb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə Yelo Bank-ın ümumi kredit portfeli 121 milyon 462 min manat və ya 12,6% artaraq 1 milyard 81 milyon 739 min manat təşkil edib. 

Qeyd edək ki, 2026-cı ilin mart ayının sonuna bankın əmanət portfeli 1 milyard 64 mln. 206 min manat olub. Depozit porfelində illik müqayisədə 150 milyon 728 min manat və ya 16,5% artım qeydə alınıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram