Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 9 milyard 407 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 642 milyon dollar və ya 21,9% azdır.
Son 1 ildə Azərbaycanın ixracı 15,4% azalaraq 5 milyard 402 milyon ABŞ dollarına, idxalı isə 29,3% azalaraq 4 milyard 4 milyon ABŞ dollarına enib.
Nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,5% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
