"Google axtarış sistemi"nin masaüstü versiyası üçün "qaranlıq rejim" gəlir | Banco.az

"Google axtarış sistemi"nin masaüstü versiyası üçün "qaranlıq rejim" gəlir

Tamara Mustafayeva, Banco.az

"Google" şirkəti masaüstü versiyada "Google search" üçün qaranlıq rejimi istifadəçilərin bəyənisinə təqdim etməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin məhsul dəstək meneceri Hung F. tərəfindən verilən məlumata görə, sözügedən rejim artıq hazırdır və növbəti həftələrdə bütün istifadəçilərə və bütün platformalar üçün təqdim ediləcək.

Ötən ilin dekabr ayından bəri gözlənilən "qaranlıq rejim" "Google ana səhifə", "Axtarış nəticələri səhifəsi", "Axtarış parametrləri" və daha çoxu üçün nəzərdə tutulub.

Qeyd edək ki, yaxın günlərdə əlçatan olacaq bu rejimi aktivləşdirmək üçün aşağıdakı addımları izləmək lazımdır:

Ən sərfəli kredit üçün müraciət et

Parametrlər > Axtarış parametrləri > Görünüş > Qaranlıq rejim 

Həmçinin burada "cihazın susmaya görə rejimi" seçimi də olacaq ki, bu seçimi klikləməklə rejimi avtomatik olaraq yeniləmək mümkün olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et