General Motors” və “Samsung SDI” 3,5 milyard dollarlıq akkumulyator zavodu tikəcək | Banco.az

General Motors” və “Samsung SDI” 3,5 milyard dollarlıq akkumulyator zavodu tikəcək

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin avtomobil istehsalçısı “General Motors” və Cənubi Koreyanın “Samsung SDI” şirkəti İndiana ştatında akkumulyator zavodunun tikintisi üçün birgə müəssisə yaratmaq haqqında saziş imzalayıblar.

Banco.az xəbər verir ki, bu barədə “Samsung SDI” rəhbərliyi məlumat yayıb.

Məlumata görə, layihə 3,5 milyard dollar investisiya tələb edəcək və ilkin mərhələdə ümumi gücü 27 QVt/saat olan akkumulyatorların illik istehsalına imkan verəcək. Lakin gələcəkdə müəssisə illik hasilatı ildə 36 GVt/saata çatdırmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Müəssisə, xüsusilə “General Motors”un yeni elektrik avtomobil modellərində istifadə etməyi planlaşdırdığı yüksək performanslı “NCA” batareyaları istehsal edəcək.

Cənubi Koreya şirkəti hesab edir ki, “General Motors” ilə birgə müəssisə Şimali Amerika bazarında möhkəmlənməyə və yeni müştərilər cəlb etməyə imkan verəcək.

İki şirkətin birgə müəssisəsinin İndiana ştatında 16 mindən çox iş yeri yaradacağı gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et