Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch” 10 inkişaf etmiş iqtisadiyyat üzrə orta ÜDM proqnozunu aşağı salıb.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch” tərəfindən dərc olunan bəyanata görə, 10 inkişaf etmiş ölkə üzrə növbəti 5 ili əhatə edən orta müddətli ÜDM proqnozu azalan istiqamətdə yenidən nəzərdən keçirilib.
Buna görə, ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə, İtaliya, Yaponiya və Kanadada orta artım proqnozu 1,3 faiz olaraq qeyd edilib.
Bəyanatda vurğulanıb ki, son illərdə Kovid-19 pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər və Avropada qaz böhranından yaranan böyük iqtisadi şokların tədarük tərəfində məhsuldarlıq potensialına davamlı mənfi təsir göstərəcəyi gözlənilir.
Həmçinin bildirilib ki, gələcək potensial ÜDM artım templəri ilə bağlı proqnozlar Böyük Britaniya üçün 0,2 faiz bəndi azalaraq 1,2 faiz, Almaniya üçün 1,1 faiz və Yaponiya üçün 0,5 faizə endirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!