Əsas kapitala yönəldilmiş vəsaitin 70,6 faizi sənaye və tikintiyə xərclənib | Banco.az

Əsas kapitala yönəldilmiş vəsaitin 70,6 faizi sənaye və tikintiyə xərclənib

Bu ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,5 faizi sənaye, 22,1 faizi tikinti sahələrinə yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin müddətdə sözügedən vəsaitin 14,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,2 faizi informasiya və rabitə, 2 faizi təhsil, 1 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,2 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf edilib.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et