Ən çox bitkoinə sahib şirkət növbəti alışa 150 milyon dollar xərcləyib | Banco.az

Ən çox bitkoinə sahib şirkət növbəti alışa 150 milyon dollar xərcləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“MicroStrategy” şirkəti 150 milyon dollarlıq bitkoin alışı həyata keçirib.

Banco.az xəbər verir ki, ən yüksək məbləğdə bitkoini olan korporativ şirkət kimi tanınan “MicroStrategy” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərdiyi bildirişdə növbəti bitkoin alışı ilə bağlı məlumat verib.

Məlumatda deyilir ki, “MicroStrategy” şirkəti 16 fevral 2023-cü il və 23 mart 2023-cü il tarixləri arasında törəmə şirkətləri ilə birlikdə təqribən 150 milyon dollar nağd pul müqabilində 6 min 455 ədəd bitkoin satın alıb.

Bitkoin üçün xərclər də daxil olmaqla, alış təxminən orta hesabla 23 min 238 ABŞ dollarına başa gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 23 mart 2023-cü il tarixinə olan statistikaya əsasən “MicroStrategy” törəmə şirkətləri ilə birlikdə təxminən 138 min 955 ədəd bitkoinə sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et