Əmanətlər üzrə faizlərin müəyyənləşdirilməsində inflyasiyanın rolu | Banco.az

Əmanətlər üzrə faizlərin müəyyənləşdirilməsində inflyasiyanın rolu

Bu gün banklara depozit yatıran müştəriləri maraqlandıran məsələlərdən biri də inflyasiyanın səviyyəsidir. Çünki pulun zaman dəyəri (time value of money) adlanan bir nəzəriyyə mövcuddur ki, bu da birbaşa insanları öz vəsaitlərindən səmərəli istifadəyə məcbur edir.  Belə ki, bu günün 100 manatı 1 ildən sonra  inflyasiyanın təsiri ilə eyni alıcılıq qabiliyyətinə malik olmur. Əgər inflyasiya 10% təşkil edirsə, bir il sonra  100 manat məbləğ ilə 10% daha az məhsul alınacaqdır. Yəni eyni miqdarda məhsulu almaq üçün 110 manata  ehtiyacınız olacaqdır. Bəs bunun əmanətlərə təsiri necədir?

İlk növbədə qeyd etməliyəm ki, insanlar öz vəsaitlərini əmanət şəklində bankara qoyarkən əldə edəcəkləri faiz dərəcəsinə daha çox diqqət yetirirlər. 

Faiz dərəcəsinin yüksək olması  əmanətçiləri cəlb edən ilkin faktordur. Amma faiz dərəcəsinin inflyasiya göstəricisindən yüksək olması, deyərdim ki, ən vacib amildir. İnflyasiyanın artımı bankları  əmanətlərə görə verilən faiz dərəcəsini  artırmağa məcbur edir. Əks halda, əmanətlərin cəlbediciliyini qorumaq çətin olar. Məsələn, əgər müştəri banka 1 illik 15% dərəcə ilə 1000 manat yatırmaq niyətindədirsə, ilin sonunda onun əldə edəcəyi məbləğ 1150 manat təşkil edəcəkdir. Onun gəliri 150 manat həcmində müəyyən olunur. Amma bu nominal gəlirdir. Real gəliri hesablamaq üçun isə bizə inflyasiya göstəricisi lazımdır. Əgər həmin ildə inflyasiya 11% təşkil edirsə, bir il sonra 1000 manat eyni dərəcədə amortizasiyaya uğrayır və 1100 manat 1000 manat dəyərində mübadilə olunur. Deməli, bir ildən sonra əmanətçinin real gəliri 1150-1100 yəni  50 manat məbləğində qeydə alınır.  

İnflyasiya göstəricisi yüksək olan ölkələrdə əmanətə maraq daha azdır.

Mərkəzi Bankın  məlumatlarına əsasən, 2016-cı ilin fevralında Azərbaycanda inflyasiya 11,7% təşkil edirmişdir. Bank sektorunda isə ən yüksək faiz dərəcəsi təklif edən bir sıra banklar vardır.

2016-cı il may ayının məlumatlarına əsasən manatla qəbul edilən əmanətlərə görə ən yüksək faiz dərəcəsini təklif edən ilk üç bank:

Bank

Min.məbləğ

Aylıq

Müddətin

sonunda

Əmanətin adı

Caspian Development Bank

500

15%

15%

Müddətli Əmanət

Bank BTB

100

14%

16%

Müddətli əmanət

Dəmirbank

100

14%

14%

“GöY” əmanət növü

Dollarla qəbul olunan əmanətlərə görə:

Bank

Min.məbləğ

Aylıq

Müddətin

sonunda

Əmanətin adı

Amrahbank

500

8%

8,30%

Lider Əmanəti

AtaBank

500

8%

9%

Universal

NBC Bank

-

7,5%

8%

Müddətli depozit

Ən sərfəli kredit üçün müraciət et

Avro ilə qəbul olunan əmanətlərə görə:

Bank

Min.Məbləğ

Aylıq

Müddətin

sonunda

Əmanətin adı

NBC Bank

-

7%

7%

Müddətli depozit

Amrahbank

500

6%

6,50%

Lider Əmanəti

Nikoil Bank

100

6%

6,50%

Sabit Əmanət

Banco.az-ın 2016-cı il may ayı üzrə sərfəli əmanətlər haqqında xəbərinə əsasən bankların əmanət göstəriciləri və onların faiz dərəcələri haqqında məlumat əldə edə bilərsiniz.

Manatla qəbul olunan əmanətlər;

http://banco.az/az/news/hansi-bankda-manat-emaneti-daha-serfelidir-may-2016

dollarla qəbul olunan əmanətlər;

http://banco.az/az/news/en-serfeli-dollar-emaneti-hansi-bankdadir-may-2016

Avro ilə qəbul olunan əmanətlər üzrə;

http://banco.az/az/news/serfeli-avro-emanetleri-may-2016

məlumatları bu linklərə daxil olmaqla öyrənə bilərsiniz.

Eləcə də,  Access Bankın 17.05.2016-cı il tarixindən 30.06.2016-cı il tarixinədək əmanət məhsullarına aid yeni kampaniya çərçivəsində  təklif etdiyi faiz dərəcələri də olduqca cəlbedicidir.  Belə ki, bu haqda məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://banco.az/az/news/accessbank-emanetlerin-faiz-derecelerini-18-e-qaldirdi