"Accessbank" manat əmanətlərinin faiz dərəcələrini qaldırdı.
Bank 17.05.2016-30.06.2016 tarixləri arasında manatla olan Müddətli əmanətlərin faiz dərəcələrini artıraraq 18%-ə çatdırdı.
Aksiyanın şərtləri həm fiziki, həm də hüquqi şəxslərə şamil olunur.
Sizə şərtləri təqdim edirik:
Fiziki şəxslər üçün:
Məbləğ | 1-2 ay | 3-5 ay | 6-8 ay |
9-11 ay |
12-18 ay | 19-24 ay |
50 AZN və yuxarı | 2% | 5% | 10% | 11% | 15% | 18% |
Hüquqi şəxslər üçün:
Məbləğ | 1-2 ay | 3-5 ay |
6-11 ay |
12-18 ay | 19-24 ay |
1.000 AZN və yuxarı | 2% | 4% | 9% | 13% | 15% |
Göstərilən faizlər müddətin sonunda ödənilərkən təqdim edilən faiz dərəcələridir. Əmanət üzrə faizlər aylıq ödənilirsə faiz dərəcəsi 0.7% aşağı düşür.
Vəsaitinizi etibarlı əllərdə artırmaq istəyirsinizsə, bu fürsəti əldən buraxmayın!
Əlavə məlumat üçün buraya daxil ola bilərsiniz.