Effektiv ünsiyyət qurmaq üçün nələri bilmək lazımdır? | Banco.az

Effektiv ünsiyyət qurmaq üçün nələri bilmək lazımdır?

Dəqiq məlumatları düzgün şəkildə və düzgün zamanda ötürmək məqsədə uyğundur.

Effektiv ünsiyyətə müxtəlif KİV-lərin fərdlər və ya qruplar şəklində prosesə daxil edilməsi və mesajı anlamağa, yadda saxlamağa kömək edəcək şəkildə istifadəsi daxildir. Bu, həmçinin digər insanların fikirlərini qəbul etmək, eləcə də təşkilat və komanda daxilində məlumat mübadiləsi bacarığını da əhatə edir.

Özünü ifadə etmə səviyyələri

Səviyyə 1. Başqaları ilə ünsiyyətə girir.

İnsanlara nə edəcəyini bildirmək üçün aydın təlimatlar verir.

Anlaşıqlı yazır və danışır.

Auditoriyanın xüsusi ehtiyaclarına uyğun sadə bir dildən istifadə edir.

Digərləri ilə məlumatları paylaşır.

Nə vaxt nə deyəcəyini bilir.

Komanda iclaslarındakı məlumat mübadiləsində iştirak edir.

Həmçinin oxu: Niyə xoşumuza gəlməyən insanlar daha çox uğur qazanır? 

Səviyyə 2. Hər şeyi dəqiq və vaxtında edir.

Başqalarını dinləyir və dərhal cavab verir.

İnformasiyanı qısa və lazımi dərəcədə detallı şəkildə ötürür.

Mesaj üçün vaxtın optimal seçildiyinə əmin olur.

Mesajlarda düzgün vurğu qoyur.

Səviyyə 3. Məlumatı fəal dinləyir və paylaşır.

Digər insanların fikirlərinə səmimi maraq göstərir və onları düzgün şərh edir.

Həmişə ünsiyyətə açıqdır, diqqətcildir və məsələyə tez və məqsədəuyğun reaksiya verir.

Ən sərfəli kredit üçün müraciət et

Ünsiyyət tərzini fərqli auditoriyalara görə tənzimləyir.

İşlə dolayı və birbaşa əlaqəsi olan insanlarla ünsiyyət qurur.

Verilən ismarıcların anlaşılmasını yaxşılaşdırmaq üçün müxtəlif üsullardan istifadə edir.

Həmçinin oxu: Çətin həmkarlarla necə yola getmək olar? - MƏSLƏHƏT

Səviyyə 4. Təşkilat daxilində ünsiyyətin yaxşılaşdırılmasına fokuslanır.

Daha böyük müvəffəqiyyət qazanmaq üçün kommunikasiya prosesini yüksək təşkilati səviyyədə qurur.

Şöbələr və komandalar arasında ünsiyyəti aktiv şəkildə təşviq edir.

Məlumat mübadiləsi aparır, təşkilat daxilində və xaricində fərqli qruplar arasındakı qarşılıqlı anlaşmanı inkişaf etdirməyə çalışır.

Problemlərin qarşısını alır və komandanı mövcud vəziyyətə uyğunlaşdırır.

Müxtəlif üslublardan sərbəst istifadə edir və hər şəraitə tez adaptasiya ola bilir.

Mənfi cəhətləri:

İnformasiya paylaşmır;

Dəqiq olmayan və yanlış məlumat verir;

Ünsiyyət qurmaq ehtiyacı yarandıqda o, yoxdur;

Digər insanları dinləməyə meylli deyil;

Danışıqda jarqondan istifadə edir;

Tamaşaçıların ünsiyyət tələbatlarını nəzərə almır.

Həmçinin oxu: İqtisadiyyat üzrə Nobel mükafatçısı Daniel Kahnemandan maraqlı fikirlər

Nigar Umaxanlı, Finco.az