ABŞ-da işsizlik müavinəti üçün müraciətlər 3,5 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər 3,5 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da davam edən işsizlik müavinəti üçün müraciətlərin sayı iyulun 26-da bitən həftəyə görə 1 milyon 974 minə yüksəlib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üzrə həftəlik müraciət statistikasını açıqlayıb.

Buna əsasən, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 2 avqustda başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 7 min nəfər artaraq 226 min olub.

Ardıcıl 6 həftə azalaraq son 5 ayın ən aşağı səviyyəsinə enən müraciət sayı 26 iyul həftəsində yenidən artmağa başlamışdı.

"Bloomberg"in keçirdiyi sorğuda iştirak edən 41 iqtisadçının ortalama proqnozu müraciətlərin 222 minə yüksələcəyi istiqamətində idi.

Ötən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciət sayı da 500 nəfər azalaraq 220 min 750-yə geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram