Ziraat Bank Azərbaycan-ın xalis mənfəəti 25% artıb | Banco.az

Ziraat Bank Azərbaycan-ın xalis mənfəəti 25% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ziraat Bank Azərbaycan müsbət artım dinamikasını 2025-ci ilin ikinci rübü ərzində də davam etdirib. Belə ki, bank cari ilin yanvar-iyun aylarında 10 milyon 136 min manat xalis mənfəət əldə edib. Bu isə illik müqayisədə 2 milyon 7 min manat və ya 24,7% çoxdur.

Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə "Ziraat Bank Azərbaycan"ın aktivləri 147 milyon 406 min manat və ya 16% artaraq 1 milyard 68 milyon 531 min mln. manata çatıb.

Bankın kredit portfeli də bu ilin əvvəli ilə müqayisədə 95 milyon 933 min manat və ya 18,1% artaraq 625 milyon 646 min manata çatıb. Depozit portfeli isə 566 milyon 711 min manata yüksəlib ki, bu da ötən ilin sonunun nəticələri ilə müqayisədə 0,2% artımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram