Dünyada elektromobillərin sayına görə hansı ölkələr liderlik edir? | Banco.az

Dünyada elektromobillərin sayına görə hansı ölkələr liderlik edir?

2017-ci ildə dünyanın küçə və şosselərində tamamilə elektrikə keçmiş və ya hibrid olan avtomobillərin sayı 3 milyon ədədi keçmişdir. EV-Volumes analitiklərinin verdiyi məlumata görə bu, batareya ilə qidalanan avtomobillərin kütləvi istehsalı ilə bağlı istehsalçıların öz planlarını genişləndirməsi fonunda baş vermişdir.

Onlar qeyd etmişlər ki, elektrik avtomobillərinin satışının sürətli artımı dövlətin təşviqini stimullaşdırır, batareyaların qiymətini aşağı salır ki, bununda nəticəsində istehsalçılar daha geniş sürücü dairəsi üçün yeni modellər buraxırlar.

EV-Volumes araşdırma agentlyinin proqnozlarına görə 2018-ci ildə dünya elektik avtomobilləri bazarında satışın həcmi artacaq və yollarda batareya ilə qidalanan(hibrid+elekrokarlar) avtomobillərin həcmi ilin gələn ilin sonuna 5 milyon ədədə yaxınlaşacaqdır. İri avtomobil istehsalçılarının çoxsaylı modelləri satışa çıxarılacaq. Bunlardan dünyada ən çox satılan elekrik avtomobili olan Nissan Leafın daha təkmil qənaətçil modeli, Jaguar iPace-in adını çəkmək olar. Bundan əlavə gələn il Tesla Motorsun “Xalq” elektromobilinin təqdimatı olacaqdır.

EV-Volumes-in araşdırmasına görə Çin dünyada elekromobillər üçün dünyada ən böyük bazar hesab olunur. Bu dövlət tüstü ilə mübarizə çərçivəsində onun təsirini azaltmaq ümüdi ilə bağlı bu seqmenti subsidiyalar hesabına dəstəkləyir.

Hesabatda elekromobillər və hibrid avtomobillərin Çindən sonra ən çox olduğu ölkənin ABŞ, Yaponiya, Norveç, Hollandiya və Britaniya olduğu bildirilir. Çin bazarında Toyota 10 elekrik avtomobili(elektromobil) ilə təmsil olunmağı planlaşdırır və 2020-ci ilin əvvəlindən bu ölkədə elektromobillərin satışının artıracağını planlaşdırır. Bu ay Toyota şirkəti benzin və dizel mühərrikli avtomobillərin istehsalını qismən deyil, tamamilə azaldacağını bəyan etmiş və onların hamısını elektirik versiyasına keçirəcəkdir.  Analoji bəyanatla Volvo və Jaquar çıxış etmişdir. Toyota həmçinin elektomobillərin daha böyük məsafə qət etmələri üçün 2020-ci ilin əvvəlindən yeni nəsil batareyaları istehsalına başlayacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Almaniya avtomobil sənayesi isə yalnız elektromobillərdən ibarət nəqliyyat vasitələrinin istehsalına keçə bilmir. Bu ölkənin avtomobil sənayesi assosiasiyası bunu akumulyator batareyaları üçün əsas xammal çatışmazlığı ilə izah edir.

Almaniya dəfələrlə yaxın 10 ildə tamamilə elektrik avtomobillərinə keçəcəyini bəyan etsədə görünən odur ki, xammal problemi üzündən bu məqsədə çatmaq heçdə asan olmayacaq. Bu ölkənin 2030-cu ilə qədər tamamilə elektrik avtomobillərinə keçməsi üçün batareyanın xammal problemi əsas maneə hesab olunur. Bu haqda Clean Technica agentliyi yazır.

Almaniya hətta Avropa İttifaqına 2030-cu ildən etibarən benzin və dizel mühərrikli yeni avtomobillərin satışını qadağan edən qətnamə göndərmişdir. Amma Almaniya avtomobil sənayesi gözlənilməz çətinliklə qarşılaşmışdır. Dünyada akumulyator batareyalarının istehsalı üçün sadəcə xammal çatışmır.

Sonda onu bildirmək istərdim ki, elektromobil sənayesi üçün dünyada istehsal gücündən çox xammal çatışmamazlığı problemi yaşanır. Bura əsasən kobalt, qrafin, litium və marqans elementləri daxildir. Dünyada isə əsasən müxtəlif sektorlarda daha innovativ Litium İon(Li-ion) batareyalarından geniş istifadə edilir.

Mənbə: digitalazerbaijan.az