Dünya üzrə ən yaxşı çip istehsal edən şirkətlərin Reytinq cədvəli | Banco.az

Dünya üzrə ən yaxşı çip istehsal edən şirkətlərin Reytinq cədvəli

"TrendForce" analitikləri bu ilin ikinci rübündə dünya üzrə ən yaxşı çip istehsal edən şirkətlərin ilk onluğunu açıqlayıb. Reytinq cədvəlinə baxdıqda bu kateqoriyaya yalnız öz istehsalına malik olmayan və mikrosxemlərin inkişafı ilə məşğul olan şirkətlərin daxil olduğu anlaşılır. 

Reytinqə Broadcom şirkəti liderlik edir.

Sözügedən şirkətin il üçün gəliri 4.265 milyard dollardan 3.976 milyard dollara düşüb. Onun ardınca isə Qualcomm şirkəti gəlir. Broadcom şirkətindən fərqli olaraq Qualcomm gəlirini 3.567 milyard dollardan 3.807 milyard dollara çatdırıb.

Siyahının üçüncüsü Nvidia-dır. Diqqətəlayiqdir ki, bu şirkət ilk onluğun ən böyük artımını göstərib, 2.352 milyard dollardan 3.461 milyard dollara qədər. 

Reytinq cədvəlində Nvidia şirkətini illik satışlarını 14,2% artıraraq 1,977 milyard dollardan 2,259 milyard dollara qədər çatdıran Tayvana məxsus MediaTek şirkəti izləyir. İlk beşliyi gəlirini 26,2% artıran AMD şirkəti bağlayır.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram