Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib | Banco.az

Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib.

Bu barədə Taleh Kazımov məlumat paylaşıb.

"Bu gün Dünya Bankında Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru Dominik Favre ilə görüşdük. Görüş zamanı əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə etdik, Dünya Bankında ölkəmizin maraqlarının və mövqeyinin müdafiə olunması, dəstəklənməsi istiqamətində Seçki Qrupunun gördüyü işlər barədə danışdıq, qurumun növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyasının hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et