Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı Türkiyəyə 549 milyon dollar maliyyə vəsaiti ayırıb.
Banco.az xəbər verir ki, Dünya Bankı Türkiyədə mərkəzi hökumət və bələdiyyələrdə bərpa olunan enerjidən istifadənin artırılması məqsədi ilə 549 milyon dollar vəsait ayrılmasının təsdiqləndiyini elan edib.
Dünya Bankının İcraçı Direktorlar Şurası tərəfindən təsdiqlənən yeni layihə Türkiyədə ictimai binalarda bərpa olunan enerjidən istifadənin artırılmasına kömək edəcək.
549 milyon ABŞ dolları dəyərində olan Dövlət və Bələdiyyə Bərpa Olunan Enerji Layihəsi mərkəzi hökumət və bələdiyyə obyektlərinə diqqət yetirməklə Türkiyənin dövlət sektorunda bərpa olunan enerjidən istifadənin genişləndirilməsini dəstəkləyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!