Dünya Bankı ilə “Dövlət satınalmaları haqqında” qanun layihəsi müzakirə edilib | Banco.az

Dünya Bankı ilə “Dövlət satınalmaları haqqında” qanun layihəsi müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Dünya Bankının nümayəndə heyəti ilə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin üstünlükləri barədə fikir mübadiləsi aparıb.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, müzakirələr tenderlərin səmərəliliyinin artırılması, dövlət satınalmaları sahəsində aparılan islahatları əhatə edib, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə Dünya Bankının rolu qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et