Dünya Bankı Afrika iqtisadiyyatının artım proqnozunu açıqlayıb | Banco.az

Dünya Bankı Afrika iqtisadiyyatının artım proqnozunu açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı Afrika iqtisadiyyatlarının 2024-cü ildə 3,4 faiz artacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Dünya Bankı Afrika iqtisadiyyatlarının qiymətləndirmələrini özündə əks etdirən "Afrikanın Nəbzi" hesabatını dərc edib.

Hesabatda qeyd olunub ki, Böyük Səhranın cənubundakı Afrika ölkələrinin (Qara Afrika) iqtisadiyyatlarında artım bərpa olunacağı gözlənilsə də, bərpa hələ də kövrək olaraq qalacaq.

Ötən il sözügedən ölkələrdə iqtisadi artımın 2,6 faiz olduğu vurğulanan hesabatda bildirilib ki, bu il artımın 3,4 faiz, 2025-ci ildə isə 3,8 faiz təşkil edəcəyi gözlənilir. 

Hesabata görə, şəxsi istehlakın artması və inflyasiyanın azalması Qara Afrikada iqtisadi bərpanı dəstəkləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, region iqtisadiyyatının artım tempi 2000-2014-cü illər dövrünün artım tempindən aşağı olaraq qalır. Bunun isə yoxsulluğun azaldılmasına əhəmiyyətli təsir göstərmək üçün kifayət etmədiyi qeyd edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et