Dubayın ən böyük bankı müştərilərə kriptovalyuta əməliyyatlarına giriş imkanı verir | Banco.az

Dubayın ən böyük bankı müştərilərə kriptovalyuta əməliyyatlarına giriş imkanı verir

Dubayın ən böyük bankı olan Emirates NBD öz müştərilərinə rəqəmsal valyuta əməliyyatlarına giriş imkanı verib.

Banco.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

Liv-in rəqəmsal bölməsinin istifadəçiləri artıq öz proqramlarında kriptovalyutaları alıb sata bilərlər. Bu funksionallıq NBD-nin tərəfdaşlıq müqaviləsi bağladığı Aquanow şirkəti tərəfindən təmin edilir. Aquanow Dubayın Virtual Aktivləri Tənzimləmə Təşkilatı tərəfindən lisenziyaya malikdir.