DSMF gərgin növbələri aradan qaldırmaq niyyətindədir | Banco.az

DSMF gərgin növbələri aradan qaldırmaq niyyətindədir

Pensiyanı almaq üçün lazımi bankomatı tapmayanda başqa bankomatlardan pul çıxarmaq lazım gəlir.

Bu isə heç sərfəli deyil. Çünki, alınan pensiyadan əlavə faiz tutulur.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu halı aradan qaldırmaq üçün ciddi tədbirlər görməyə başlayıb. Fond pensiyalar ödənilən gün bankomatların önündə yaranan gərginliyin qarşısını almaq üçün iki istiqamətdə tədbir görəyə başlayıb.

Birinci tədbir, banklararası interfeys şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da pensionerlərə imkan yaradacaq ki pensiyalarını başqa bankomatlardan çıxara bilsinlər. Yəni banklararası şəbəkənin qurulması sayəsində pensiya kartları vasitəsilə heç bir komissiya haqqı tutulmadan müxtəlif banklardan istifadə imkanı yaranacaq.

Azərbaycan Mərkəzi Bankı (AMB) da sozügedən problemin həlli ilə bağlı müəyyən işlər görməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

AMB-dan verilən məklumata görə bir bankın plastik kartını digər bankın bankomatlarında komissiya ödəmədən istifadə etməyə imkan verəcək yeni sistemin hazırlanması və işə salınması ilə bağlı fəaliyyətini sürətləndirib. 

Qeyd edək ki, artıq DSMF və Mərkəzi Bank sözügedən layihə üzrə razılıq əldə edilib.

atvxeber.az

Ən sərfəli krediti almaq üçün müraciət et