Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə yüksəlişlə başlayıb.

Yeni iş həftəsinə 7.01 səviyyəsində başlayan məzənnənin həftəlik yüksəliş dinamikası 3%-i keçib. 

Qeyd edək ki, qlobal birjalarda FED sədri Cerom Pauelin açıqlamaları və peyvənd xəbərlərindən sonra dollar bir çox valyutaya qarşı dəyər itirsə də, Türk Lirəsinin dollara qarşı geriləməsi davam edib.

Dollar/TL məzənnəsi bu gün 7.19 səviyyələrində icra edilir.

Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7.4299 səviyyəsində başa vurmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram