"Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi hazırlanır | Banco.az

"Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi hazırlanır

Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da “Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi hazırlanarkən 4 komponent əsas götürülüb Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar" mövzusunda keçirilən konfransda layihənin müəllifi, hüquq məsləhətçisi Aqil Abdullayev deyib.

Onun sözlərinə görə, bunlar daşınar əmlaka funksional yanaşma, onun üzərində üstünlük qaydalarının müəyyən edilməsi, tərəflərə bu barədə məlumat verilməsi və zərurət olduqda əmlakın tutuma yönəldilməsidir.

Ən sərfəli kredit üçün müraciət et

“Layihənin məqsədi daşınar əmlakın etibarlı təminat olmaması barədə yanaşmanı aradan qaldırmaqdır. Əlbəttə, daşınar əmlak daşınmaz əmlakla eyni olmasa da, hər halda dünyada bu model də işləyir”, - deyə A.Abdullayev qeyd edib

İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haeberli isə bildirib ki, Azərbaycan hökuməti daşınar əmlakının yüklülüyü ilə bağlı yeniliyin tətbiqinə böyük önəm verir: “Bu, islahat Azərbaycanda əhalinin maliyyə sektoruna inamını artıracaq”. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et