Bu şəxs ölümündən sonra geridə 137 milyonluq sirr saxlayıb | Banco.az

Bu şəxs ölümündən sonra geridə 137 milyonluq sirr saxlayıb

QuadrigaCX kriptovalyuta birjası, təsisçi Cerri Kottenin ölümündən sonra 137 milyon dollar vəsait itirib. Kriptobirjanın avtonom (soyuq) pul kisəsinin şifrəsi yalnız Kottenə məlum olduğundan, münaqişəli vəziyyət yaranıb. Qeyd edək ki, birjanın rəqəmsal valyutaya aid bütün məlumatları həmin pul kisəsində yerləşdirilib.

Kottenin ölüm xəbəri haqqında məlumatı həyat yoldaşı Cenniger Robertson paylaşıb. Onun söylədiyinə görə Cerri 30 yaşında Kron xəstəliyindən Hindistanda vəfat edib.

Birja haqqında:

Əksər kriptovalyuta birjaları məlumatları dələduzlardan qorumaq üçün avtonom pul kisəsindən istifadə edirlər. Kotten də, öz növbəsində 100 min istifadəçiyə xidmət göstərən birjanın məlumatlarını şifrələnmiş noutbukda saxlayıb. Çıxışı zamanı həyat yoldaşı Cennifer Robertson noutbukun şirfəsinin yalnız Cerri Kottenin bildiyini qeyd edib.

Robertson, mərhum həyat yoldaşının noutbuk şifrəsini sındırmaq üçün ekspertlərin köməyindən yaralanmaq qərarına gəlib.  Ekspert, şifrəni əldə etmək üçün Kottenin hərəkətlərini imitasiya etmək istəsə də, bu bir nəticə verməyib. Hətta USB - açar belə təqdim edildikdən sonra, şifrəni sındırmaq mümkün olmayıb.  Mütəxəssis, mərhum Cerri Kottenin elektron poçtuna daxil olmasına baxmayaraq, birjaya aid heç bir məlumata rast gəlməyib.

Ən sərfəli kredit üçün müraciət et

QuadrigaCX birjası eyni zamanda 53 milyon dollar birja aktivini geri tələb edən üç tərəfdaşı ilə də məhkəməyə çıxıb. Məhkəmə gedişatı zamanı mərhumun həyat yoldaşı olan Robertson ifadə verib. Məhkəmə zalında çıxış edən Robertsonun ifadələri əsnasında təsisçinin ölümü və kriptobirjada yaranan problemlər haqqında məlumat əldə edilib. 

Keçən bazar ertəsi günündən etibarən artıq birjanın saytı fəaliyyətini dayandırıb. Daha sonra isə saytda rəhbərliyin ismarıcı peyda olub. İsmarıcda, birja rəhbərliyinin yaranan çətin vəziyyət və hüquqi yardım almaq istəyi ilə bağlı Şotlandiyanın Ali məhkəməsinə müraciət etdikləri qeyd olunub.

QuadrigaCX müştəriləri hətta təsisçinin ölümündən sonra belə birjanın hesabına pul köçürməyə davam edirlər. Hal-hazırda sistemdə 115 min istifadəçinin hesabı hələ də aktivdir.

Həmçinin oxu: “İnternetin qızılı” kriptovalyuta nədir?

Günel Gözəlova, Banco.az