“İnternetin qızılı” kriptovalyuta nədir? | Banco.az

“İnternetin qızılı” kriptovalyuta nədir?

Kriptovalyuta - virtual (rəqəmsal) valyuta hesab edilir. Bu virtual valyuta, adından göründüyü kimi, yalnız internetdə istifadə edilir və maliyyə sistemlərində mövcud deyil. 

Kriptovalyutanı, plastik kartlarda olan pullar ilə müqayisə etmək olar. İnternet üzərindən olan hər hansı alqı-satqı prosesi zamanı, rəqəmsal valyutanın istifadəsi mümkündür. Lakin, nəğd pul olaraq, bankomat və ya bank kassalarından onları çıxarmaq mümkün deyil. Bitkoin, laytkoin, rippl və efiriumlar maddi tənzimləmə xüsusiyyətinə malik olmadıqları üçün, yalnız internet şəbəkəsinin qlobal layihəsi kimi fəaliyyət göstərirlər. 

Həmçinin bax: Pulsuz Bitcoin necə qazanılır?

“Kriptovalyuta” termini 2011-ci ildə, Forbes jurnalında paylaşımından sonra tanınmağa başladı. O zamanlar məqalədə, “crypto currency” termini kimi göstərilmiş “yeni növ valyuta”, bir müddət sonra yer əhalisinin rəğbətini qazanmağa nail oldu. 
Virtual  (rəqəmsal) valyutanın yaranması üçün xüsusi olaraq kriptoqrafik şifrədən istifadə olunur. Bu şifrə rəqəmsal imza və haş-funksiyasından (məlumatların köçürülməsinə nəzarət etmək, cədvəldə axtarışı və təhlükəsizliyin qorunması alqoritmindən) ibarətdir. Bir kriptocoin – sahibinin bilgi sayarında və ya əvvəlki qeyd ilə birbaşa əlaqəsi olan, blok olunmuş məlumatların qeydidir. 
İngilis mənşəli coin - virtual (rəqəmsal) vəsaitlərin kəmiyyət vahidi hesab olunur.  

Həmçinin bax: Bazarda olan 8 ən qəribə kriptovalyuta

Ən sərfəli kredit üçün müraciət et

Müasir dövrdə, virtual valyutanı hər kəsin əldə etməsi mümkündür. Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq adlanır. İngilis dilindən, tərcümədə “mədən” mənasını kəsb edir. Məhz buna görə, coin-lərin əldə edilməsi, faydalı qazıntıların tapılmasına bənzədilir. Amma təbii ki, kriptanın mayn edilməsi, xeyli az zəhmət tələb edən prosesdir. 


İlk zamanlarda, “internet qızılı”-nın qazanılması daha rahat şəkildə baş tuturdu. Bunun üçün, coin əldə etmək istəyən şəxs, kompyuterinə xüsusi olaraq proqram təminatı yükləyir və internetə çıxışı təmin edib, asanlıqla məqsədinə çatırdı. Hal-hazırda isə, kriptovalyutanın qazanılması xeyli mürəkkəbləşib. Səbəb isə, kriptovalyutanın məhdud sayda buraxılmasıdır. Məhdudiyyət coin-lərin təkcə məbləğinə deyil, eyni zamanda onların sutka ərzində əldə edilə biləcək sayına belə təsir edir. Amma buna baxmayaraq, istifadəçilərin marağı səngimək bilmir.

Həmçinin oxu: Kripto investorun qısa lüğəti

Kriptovalyuta internet şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə, maliyyə sistemində innovativ bir yenilikdir. Qeyd etmək gərəkdir ki, rəqəmsal valyutaya olan maraq, onun ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağını da, istisna etmir.