Bu ölkədə vakant iş yerlərinin sayı gözlənilmədən artıb | Banco.az

Bu ölkədə vakant iş yerlərinin sayı gözlənilmədən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikada vakant iş yerlərinin sayı sentyabrda gözlənilmədən artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ-da JOLTS vakansiyalarının sayı sentyabr ayında bazar gözləntilərinin əksinə olaraq 10 milyon 717 minə yüksəlib.

Ekspertlər isə vakant iş yerlərinin sayının 9,8 milyona qədər azalacağını gözləyirdilər ki, avqustda bu göstərici 10 milyon 280 min qeydə alınmışdı.

Sözügedən dövrdə vakant iş yerlərinin sayında ən çox artım müşahidə olunan sektorlar qonaqlama və qidalanma, səhiyyə və sosial yardım, nəqliyyat, anbar və ictimai xidmətlər olub.

Qeyd edək ki, sentyabrda ölkədə işə qəbul sayında 252 min azalma müşahidə olunub ki, bu da əvvəlki aydan fərqli olaraq 6 milyon 82 min nəfərin işlə təmin olunması deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et