Böyük Britaniya və Aİ Şimali İrlandiya Protokolu üzrə razılığa gəliblər | Banco.az

Böyük Britaniya və Aİ Şimali İrlandiya Protokolu üzrə razılığa gəliblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Şimali İrlandiya Protokolu çərçivəsində ticarət problemlərinin həlli üçün “Vindzor Çərçivə Sazişi”nə dair razılığa gəliblər.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Avropa Komissiyasının sədri Ursula Fon der Leyen Breksitdən sonra tərəflər arasında problemə çevrilən Şimali İrlandiya Protokolunu müzakirə etmək üçün Vindzorda görüş keçiriblər.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Sunak Şimali İrlandiya Protokolu çərçivəsindəki mübahisələrin həllində böyük bir irəliləyiş əldə etdiklərini vurğulayaraq bildirib ki, “Bugünkü Vindzor Çərçivə Sazişi Böyük Britaniyada ticarətin düzgün gedişatını, Şimali İrlandiyanın yerini və Şimali İrlandiya xalqının suverenliyini qoruyur.

Ən sərfəli kredit üçün müraciət et

Baş nazir qeyd edib ki, əldə edilən irəliləyişlə Şimali İrlandiya ilə ticarət və gömrük prosesləri ilə bağlı qeyri-müəyyənlikləri aradan qaldırmağın yollarını taparaq üç böyük addım atıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et