Birləşmiş Krallığın Azərbaycana birbaşa investisiya qoyuluşu azalıb | Banco.az

Birləşmiş Krallığın Azərbaycana birbaşa investisiya qoyuluşu azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 1 milyard 304 milyon 134 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.7% və ya 63 milyon 815 min dollar azdır. 

Hesabat dövründə Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkə olub. 

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1,4 milyard dollar təşkil edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram