05 yanvar 2018-ci il tarixində Bakı Fond Birjası ilə Belarus Valyuta-Fond Birjası arasında birgə əməkdaşlığa dair memorandum imzalanmışdır.
Sənəd Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov və Belarus Valyuta-Fond Birjasının İdarə Heyətinin Sədri Andrey Auximenya tərəfindən imzalanmışdır.
Memorandumun məqsədi hər iki təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara çıxarılmasında hüquqi bazanın öyrənilməsi və xarici investorların kapital bazarlarına çıxarılması üçün post ticarət institutları arasında əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə təlim və təcrübə proqramlarının təşkil edilməsindən ibarətdir.