09 aprel 2018-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk toplantısı keçirilib. Toplantı zamanı bankın İdarə Heyətində yeni dəyişiklik və təyinat olub.
Müşahidə Şurasının iclasında baş direktor Nəbi Əliyevə bir neçə vəzifə verilib. Belə ki, o, İdarə Heyətinə üzv qəbul edilməklə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.
Nəbi Əliyev, 2007-2012-ci illərdə Azərbaycan Mərkəzi Bankında Banklara Nəzarət Departamentində mütəxəssis olaraq çalışıb. 2012-2014-cü illərdə həmin departamentdə bank qrupunun rəhbəri olub. 2014-2016-cı illərdə isə Mərkəzi Bankın Banklara Nəzarət Departamentinin Xarici nəzarət şöbəsinin rəhbəri vəzifəsini icra edib. 2016-2018-ci illərdə direktor müavini, 2018-ci ilin fevralından isə baş direktor olub. 2018-ci ilin aprelindən İdarə Heyətinə üzv qəbul edilməklə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.