İddia edirsən ki, öz işini bilirsən?
AtaSığorta şirkətinin öz onillik yubileyi münasibəti ilə başlatdığı kampaniya isə məhz “Mən işimi bilirəm” adlanır. Kampaniyada iştirak üçün siz öz peşəkar fəaliyyətinizə dair hazırladığınız video çarxı ATASığorta şirkətinə göndərməlisiniz”.
Bütün bunları jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında ATASığorta şirkətin İdarə heyətinin sədri Müseyib Əliyev səsləndirdi. Şirkətin onillik fəaliyyəti ilə bağlı məlumat verən Müseyib müəllim, bu kampaniya ilə hamını peşəkar olmağa səslədiyini, işinin peşəkarı olan insanları üzə çıxartmaq niyyətində olduqlarını vurğuladı.
10 oktyabr 2014-cü il tarixində “Excelsior Hotel Baku” otelində “AtaSığorta” ASC-nin 10 illik yubileyinə həsr olunmuş mətbuat konfransı baş tutdu. Mətbuat konfransında “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev, İdarə Heyətinin sədr müavini Orxan Məmmədov, İdarə Heyətinin üzvləri – Ramil Abdullayev və Azər Fərəcov iştirak etmişdir.
Müseyib müəllim dedi ki, kampaniyanı geniş kütlə üçün açıq elan etməzdən öncə məhz jurnalistləri bir yerə toplayaraq, onlar qarşısında hesabat vermək və kampaniyanı ilk öncə onlara təqdim etmək istəyiblər. Bununla yanaşı artıq televeziya, radio və sosial şəbəkələrdə kampaniyanın başlanmasına işarə edən reklam çarxlarını izləmək artıq mümkün idi.
AtaSığorta ölkədə öz işini bilən bütün insanları bu kampaniyaya qoşulmağa dəvət edir. “Mən işimi bilirəm!” adlı kampaniya 10 oktyabr 2014-cü il tarixindən başlayaraq 10 noyabr 2014-cü il tarixinə qədər davam edəcəkdir. Bu müddət ərzində işini bilən insanlar öz işləri haqqında 1 dəqiqəlik videosüjet hazırlayaraq şirkətə göndərməlidirlər. Daha ətraflı məlumat üçün www.ishimibilirem.az veb səhifəsinə müraciət edə bilərsiniz.
Ən sərfəli kredit üçün müraciət et ATASığorta ASC-nin geniş xidmət şəbəkəsi vardır. Şirkət yalnız Bakı şəhərində deyil, eyni zamanda Azərbaycanın şimal, cənub, qərb regionlarını əhatə etməklə ənənəvi sığorta növlərini müştərilərinə təklif edir. Respublika ərazisində “AtaSığorta” ASC-nin 6 filialı ("Mərkəzi", "Sumqayıt", "Qərb", "Şimal", "Cənub", "Xəzər"), 6 nümayəndəliyi ("Şamaxı", "Zaqatala", "Bərdə", "Gədəbəy", "Gəncə-Kəpəz" və "Ağdaş") və 6 satış ofisi fəaliyyət göstərir. Bununla yanaşı şirkət müştərilərə xidmət göstərilməsi baxımından rəsmi sığorta agentlərinin yaratdığı imkanlardan istifadə edir.
Şirkət carı ilin ilk 8 ayı arzində 6,5 milyon sığorta haqqı yığımı etmiş, ödənişlərin həcmi isə olmuşdur. İlin sonuna qədər bu rəqəmin, yəni yğımların 10 miyon manata qədər artacağı gözlənilir.
Şirkətin 22 könüllü, 4 icbari sığorta növü üzrə məhsulu vardır.
Müseyib müəllim, bildirib ki, hazırda icbarı sığorta ilə könüllü sığortanın nisbəti ümumi portfeldə 40%-in 60%-ə dir.
İstehlak kreditlərinin nisbətən azaldılması və avtomobil kreditləşməsinin azalması ilə əlaqədar olaraq, könüllü sığorta növündə müəyyən azalma qeydə alınmışdır. Lakin ötən illərdə icbari sığorta ümumi sığorta porfelinin 25-30%-lik həddini ötmürdü – bunları da mətbuat konfransında Müseyib müəllim söyləyib.
Həmçinin o qeyd edib ki, AtaSığortanın niyyəti heç də Azərbaycanın ən böyük və ya ən gəlirli şirkəti olmaq deyil. Əsas hədəf operativlik və müştərilərin məmnun edəcək səviyyədə xidmət göstərilməsidir. ATASığorta fərqli sığorta şirkəti olmaq niyyətindədir və bu fərqlilik özünü əsasən müştərilərə xidmət səviyyəsində göstərəcək.
Yəni mövcud müştəriyə elə xidmət göstərilsin ki, müştəri nəinki şirkəti tərk etməsin, həmçinin özü ilə yeni müştərilər gətirsin. Təbii ki, bütün bunların qanunvericilik çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı Müseyib müəllim qeyd etdi ki, son il ərzində onlar müştərilərə sığorta hadisəsindən sonra edilən ödəniş müdətini iki dəfə azaltmağa müəəssər olmuşlar.