Battle of Traders: Foreks treyderlərinin gözlədiyi müsabiqəyə start verilir | Banco.az

Battle of Traders: Foreks treyderlərinin gözlədiyi müsabiqəyə start verilir

Sonda 3 qalib real vəsaitli ticarət hesabı əldə edəcək

Bu gündən, sentyabrın 9-dan Azərbaycanda foreks treyderləri tərəfindən sevilən "Battle of Traders" müsabiqəsi start götürür.

Müsabiqə şərtlərinə əsasən, qeydiyyatdan keçən iştirakçılar üçün eyni tarixdən etibarən eyni parametrli demo hesab açılacaq. Nəticədə ən çox gəlir əldə edən 3 hesabın sahibləri qalib gələcəklər. Mükafat olaraq həmin şəxslər real vəsaitli ticarət hesabı əldə edəcəklər:

I yer – 1000 AZN

II yer – 500 AZN

III yer – 300 AZN

Ən sərfəli kredit üçün müraciət et

Müsabiqə 20 gün davam edəcək, qaliblər isə 30 sentyabr tarixində elan olunacaqlar. Aralıq nəticələri rəsmi Instagram və Facebook səhifələrimizdən izləyə bilərsiniz.

Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC-nin təqdim etdiyi "UForex" qlobal foreks bazarlarında real vaxtda ticarət imkanı verən marjinal ticarət xidmətidir. 2020-ci ildə "UForex" Böyük Britaniyanın "International Finance" dərgisi tərəfindən "Azərbaycanda İlin Ən Yaxşı Broker Xidməti", 2021-ci ildə isə "Azərbaycanda İlin Ən Yaxşı Foreks Provayderi" mükafatına layiq görülmüşdür.

 

Ən sərfəli krediti almaq üçün müraciət et