Bu məqalədə kartlarla bağlı digər bir funksiyadan bəhs edəcəyik. Söhbət kartlar vasitəsilə edilən hər hansı əməliyyatlarla bağlı bankların mobil telefona göndərdiyi məlumatlardan gedir. SMS notification, SMS xəbərdarlıq, SMS məlumatlandırma və ya SMS Banking kimi fərqli formalarda eşitdiyiniz bu funksiya kartdan istifadə zamanı bankın bizə SMS şəklində göndərdiyi bildirişlərdir. Bu bildirişdə karta mədaxil edilən pulun məbləği, köçürmə, alış-veriş və ya hər hansı ödənişlə bağlı məlumatla yanaşı, əgər komissiya tutulubsa, onun məbləği və balans öz əksiniz tapır. Bu bildirişlər bankın mobil tətbiqində də öz əksini tapır. Lakin fərq ondan ibarətdir ki, bu zaman siz mobil tətbiqə girmədən bu bildirişi əldə edirsiniz. Digər bir məqam isə mobil tətbiqdən istifadə üçün internetin olmasının vacibliyidir. Bundan əlavə, banklar öz müştərilərinə yeniliklər və ya kampaniyalar barədə də bu şəkildə bildirişlər göndərir.
Həmçinin bax: Debet kartlardan nağdlaşdırma komissiyaları
Həmçinin bax: Debet kartlardan gündəlik nağdlaşdırma limitləri
Gələk, bu xidmətdən istifadəyə. Bu xidməti bir neçə yolla aktivləşdirə bilərsiniz: bankın qaynar xəttinə zəng etməklə, bankomat vasitəsilə və bankın filialına yaxınlaşmaqla. Bəzi banklarda bunu aktivləşdirmək üçün xidmət haqqı ödəməlisiniz. Bəzi hallarda, banklar bu bildirişləri müştərinin müraciəti olmadan, kartı əldə etdiyi andan etibarən aktivləşdirir. Adətən, əməkhaqqı kartlarında bu funksiyanı bank özü əvvəlcədən aktiv edir və ya bu növ kartlar üçün heç bir xidmət haqqı tutmur.
Debet kartlarda isə bankların SMS məlumatlandırma xidmətinin tarifləri cədvəldə əks olunub.
Həmçinin bax: Debet kartların balansındakı qalığa hesablanan faiz gəliri
Həmçinin bax: Daha çox kəşbək qazandıran bank kartları
Əlavə olaraq debet kartlar və onların qiymətləri barədə məlumat əldə etmək istədikdə, həmin məqaləyə buradan daxil ola bilərsiniz. Əgər pulsuz debet kart əldə etmək istəyirsinizsə, bankların pulsuz təqdim etdiyi debet kartlar haqqında buradan məlumat ala bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!