Əvvəlki məqaləmizdə kartların faiz gəlirlərindən bəhs etdik. İndi isə debet kartların sahibinə qazandıran digər bir funksiyası - kəşbək (cashback) ilə tanış olacağıq. Kəşbək nağdsız əməliyyatlar zamanı xərclənilən məbləğin bir hissəsinin kartın balansına geri qayıtmasıdır. Başqa sözlə desək, faiz gəliri pulu kartda saxladıqda qazandırırsa, kəşbək faizləri isə xərclədikcə qazandırır. Kəşbəkin məbləği isə bankın əməkdaşlıq etdiyi mağazadan (restoran, supermarket, yanacaq doldurma məntəqələri və s.) asılı olaraq dəyişir. Bu o demək deyil ki, yalnız bankın partnyor mağazalarından alış-veriş etmək lazımdır. Bəzi kartlarla istənilən mağazada alış-veriş edərkən də kəşbəklər qazana bilərsiniz. Lakin bu zaman faizlər daha az olur. Bundan başqa, kəşbəkin məbləği xərclədiyiniz məbləğdən asılıdır. Əgər daha çox xərcləyirsinizsə, daha çox qazanırsınız.
Həmçinin bax: Bankların sərfəli debet kartları
Bəzi banklarda kəşbəklər pul şəklində balansa əlavə olunsa da, bəzilərində bu bonuslar (ürəklər, bal və s.) şəklində ayrıca hesabda toplanır. Bu bonusları daha sonra bankın təklif etdiyi şirkətlərin xidmət və məhsullarına dəyişə və ya ianə edə bilərsiniz. Bəzi kartlarda isə bu bonusları pula dəyişə bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!