Bu məqalədə sizə daha çox qazandıran debet kartlardan və onların faiz gəlirlərindən bəhs edəcəyik. Faiz gəliri debet kartda olan məbləğin müəyyən faizinin balansın üzərinə gəlir şəklində əlavə olunmasıdır. Bunun üçün isə pulu xərcləmək deyil, kartda saxlamaq kifayətdir. Bankların debet kartları üçün faiz gəlirləri 2%-5% arasında dəyişir. Bəzən bu faiz aylıq dövriyyədən asılı olaraq arta bilər.
Həmçinin bax: Debet kartlardan nağdlaşdırma komissiyaları
Digər diqqət yetirməli məqam isə bu faizlərin hesablanması üçün tələb olunan məbləğin minimum və maksimum həddidir. Faiz hesablanacaq məbləğin minimum həddi dedikdə, ondan aşağı olan məbləğə faizin hesablanması nəzərdə tutulmur. Başqa sözlə desək, kartda həmin məbləğdən az olan hissə sizə gəlir qazandırmayacaq. Faiz hesablanacaq maksimum məbləğ dedikdə isə ondan yuxarı olan hissə faiz hesablanarkən nəzərə alınmayacaq.
Nəzərə almaq lazımdır ki, kartın statusundan asılı olaraq bu faizlər dəyişə bilir. Bu baxımdan qeyd edək ki, cədvəldə yalnız balansdakı qalığa faiz hesablanan sadə debet kartlar əks olunub. Bu kartlar və onların qiymətləri ilə buradan tanış ola bilərsiniz. Eyni zamanda, bu kartların bir çoxunu pulsuz da əldə edə bilərsiniz. Pulsuz əldə edə biləcəyiniz kartlarla bağlı ətraflı buradan məlumat əldə edə bilərsiniz.
Ölkə daxilində ödəniş vasitəsi kimi yalnız manatdan istifadə olunsa da, xarici saytlardan alış-veriş zamanı və ya xarici ölkəyə üz tutduqda, bu kartlardan istifadə daha sərfəlidir. Bu kartların üstünlüyü ondan ibarətdir ki, bir valyutadan digər valyutaya konvertasiya zamanı xərclərinizə qənaət etmiş olunursunuz. Lakin siyahıda qeyd olunan kartların hamısını xarici valyutada əldə etmək mümkün deyil. Hansı sadə debet kartları xarici valyutada əldə edə biləcəyinizlə bağlı buraya daxil olaraq oxuya bilərsiniz.
Xarici valyutalı kartlar arasında faiz gəliri olan kartlar dollar kartlarıdır (bəzi avro valyutalı kartlarda da faiz gəlirinə rast gələ bilərsiniz). Bu növ kartların faiz gəlirləri manat kartlarına nisbətən daha aşağıdır. Faiz hesablanan dollar kartları və onların faizləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!