Təxminən bir il əvvəl nağdlaşdırma üçün bankların birinin ATM-nə yaxınlaşdım. Orta yaşlı bir kişi uzun müddət bankomatın qarşısında durub, dəfələrlə pul çıxarmaq istəsə də, pul çıxmırdı. Əlində isə kiçik bir çek var idi. Bir müddət ona baxdı və nəhayət, mənə uzadıb soruşdu - "Pul çıxarmaq istəyirəm, amma alınmır. Kartın kodunu düz yazıram, kartda da pul var. Belə bir kağız çıxır. Bu nədir? Niyə pul çıxmır?". Çeki əlimə alıb oxuyanda, məsələ aydın oldu. Çekdə nağdlaşdırma limiti barədə məlumat yazılmışdı. Həmin şəxs də o limitdən artıq nağdlaşdırmaq istəyirdi. Təbii ki, bu da alınmırdı. Bəlkə də, bir çoxlarımız bu cür hallarla qarşılaşıb. Yəqin ki, məqalədə nədən bəhs olunacaq, hər kəsə məlum oldu.
Bankların nağdlaşdırma komissiyaları barədə artıq əvvəlki məqalədən məlumatınız var. Lakin bankın nağdlaşdırma məbləğinə qoyduğu məhdudiyyətləri də unutmamalıyıq (Əgər həmin məqaləni oxumamısınızsa, buradan daxil olub oxuya bilərsiniz).
Həmçinin bax: Daha çox kəşbək qazandıran bank kartları
İndi isə gələk, bankların nağdlaşdırma limitlərinə. Nağdlaşdırma limiti bank kartı vasitəsilə bankomatdan çıxara biləcəyimiz pulun maksimum məbləğini ifadə edir. Bir əməliyyat üzrə limit isə bir dəfə bankomata kartı daxil edərkən maksimum nə qədər pul nağdlaşdıra biləcəyimiz məbləği əks etdirir. Nağdlaşdırma limiti adətən gündəlik, bəzən isə aylıq təyin olur. Başqa sözlə desək, bəzi banklarda günlük limit olmadıqda, nağdlaşdırma aylıq limitlə məhdudlaşa bilər.
Çox az hallarda, banklar əməliyyatların sayına görə də limitlər təyin edirlər. Əməliyyat sayı dedikdə, bankomatdan gün ərzində neçə dəfə pul çıxara biləcəyimiz nəzərdə tutulur. Məsələn, bankın gündəlik limiti 15000 manat, bir əməliyyat üzrə limit isə 1000 manatdır. Bu zaman sizə 15 dəfə kartı bankomata daxil edərək, hər dəfə 1000 manat olmaqla nağdlaşdıra bilərsiniz.
Həmçinin bax: Debet kartların balansındakı qalığa hesablanan depozit faizləri
Bütün bu məhdudiyyətlərə baxmayaraq, qeyd olunan limitləri artırmaq mümkündür. Bunun üçün ya bankın mobil tətbiqinə daxil olaraq, ya da banka yaxınlaşaraq limitin məbləğini dəyişə və ya tamamilə aradan qaldıra bilərsiniz.
Digər bir məqamı da unutmayaq ki, bu məhdudiyyətlər kartın debet, kredit və ya maaş (təqaüd və s.) kartı olmasından və kartın statusundan asılı olaraq dəyişə bilər. Aşağıdakı hazırladığımız siyahıda yalnız sadə debet kartlardan nağdlaşdırma limitiləri əks olunub. Həmin kartların qiymətləri ilə buradan tanış ola bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!