Debet kartlardan nağdlaşdırma komissiyaları - ARAŞDIRMA | Banco.az

Debet kartlardan nağdlaşdırma komissiyaları - ARAŞDIRMA

Debet kartlar şəxsi pul vəsaitlərini kartda saxlamaq və ya nağdsız əməliyyatlar  aparmaq üçün nəzərdə tutulub. Bunun üçün bankın "Cash in" və ya digər terminallarından nağd pul vəsaitin karta mədaxil etmək olar. Bu zaman heç bir komissiya tutulmur. Lakin digər terminallar vasitəsilə karta pul yükləyərkən komissiya tutula bilər.

Bank kartları nə qədər nağdsız əməliyyatlar aparmaq niyyəti ilə alınsa da, bəzən nağd pula da ehtiyac yaranır. Bunun üçün nağdlaşdırma zamanı bankların komissiyalarını bilməkdə fayda var. Bu komissiyalar kartın məxsus olduğu bankın və ya digər bankların bankomatlarından asılı olaraq dəyişir. Bəzi banklar öz ATM-lərindən nağdlaşdırma zamanı komissiya tutmur, bəziləri isə güzəştli şərtlər tətbiq edir. Digər banklara məxsus bankomatlardan nağdlaşdırma komissiyalar isə bir çox hallarda bankın qoşulduğu kart prosessinq mərkəzlərindən asılı olaraq dəyişir. Kart prosessinq mərkəzləri haqqında ətraflı buradan tanış ola bilərsiniz. Bundan başqa, ölkə xaricində nağdlaşdırarkən banklar fərqli komissiyalar tətbiq edir. Nağdlaşdırma zamanı komissiyası faizindən əlavə digər diqqət etməli məqam isə minimum məbləğdir. Məsələn, komissiya 1% (min. 1 AZN)-dirsə, bu zaman 100 manatadək istənilən məbləğdə nağdlaşdırma zamanı 1 AZN komissiya tutulacaq. 100 manatdan yuxarı məbləğdə isə artıq 1% hesablanacaq. Valyuta isə nağdlaşdırdığınız valyutaya əsasən tutulur. Məsələn, yuxarıdakı nümunədə baxdıqda, dollarla nağdlaşdırma etdikdə minimal məbləğ 1 manat deyil, 1 dollar hesablanacaq.  

Qeyd edək ki, bu komissiyalar bəzən kartın statusundan asılı olaraq da dəyişə bilər. Bu faizlər əvvəlki məqaləmizdə bəhs olunan sadə debet kartlar üçün keçərlidir.

Ən sərfəli kredit üçün müraciət et

Bankların nağdlaşdırma komissiyaları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram