Debet kartlar istər nağd vəsaiti kartda saxlamaq üçün, istərsə də kartla ödəniş etmək üçün həm rahat, həm də sərfəlidir. Xüsusilə də, kartla təmassız alış-veriş etmək mümkündürsə. Bəzi debet kartlarda həm pulu xərcləyəndə, həm də sadəcə kartda saxlayanda kartdakı və ya xərclənən məbləğin müəyyən hissəsi balansa əlavə olur. Kartların bu və digər funksiyaları ilə növbəti məqalələrdə ətraflı məlumat verəcəyik. Bu məqalədə isə siz bankların təklif etdiyi sadə debet kartların qiymətləri ilə tanış olacaqsınız.
Həmçinin bax: Debet kartlardan nağdlaşdırma komissiyaları
Siyahıda yalnız 3 il müddətinə istifadə edə biləcəyiniz kartlar və onların qiymətləri əks olunub. Bu kartları, eyni zamanda, 1 və 2 illik müddətə də əldə edə bilərsiniz. Bu zaman isə qiymətlər fərqli olacaqdır. Bəzi banklarda isə kartların müddəti 5 ildir.
Həmçinin bax: Debet kartların balansındakı qalığa hesablanan faiz gəliri
Kartların xidmət haqqısı birdəfəlik ödənilir. Lakin Rabitəbankın Kartmane və AccessBankın myCard adlı kartlarında xidmət haqqı illik tutulur. Yəni "Kartmane"nin qiyməti 50 manatdırsa, 5 il müddətində ildə 10 manat olmaqla hesabdan çıxılır. "myCard"da isə ilk ili 15 manat, növbəti illərdə isə 10 manat olmaqla xidmət haqqı tutulur. Siyahıda yer alan ilk 3 kartı isə pulsuz əldə etmək mümkündür. Bunlardan əlavə pulsuz kartlarla tanış olmaq üçün linkə keçid edə bilərsiniz - Hansı bankların kartlarını pulsuz əldə etmək olar?
Həmçinin bax: Debet kartlardan gündəlik nağdlaşdırma limitləri
Digər bir məsələ isə kartın valyutasıdır. Leobank, Azər Türk Bankın ATB kartı, Muğanbankın Monexcardı, Kapital Bankın Birkart ƏDV kartı və Yapıkredi Bankın PulKartı yalnız manat valyutalı kartlardır. Digər kartları isə həm manat, həm dollar, həm də avro valyutasında əldə edə bilərsiniz.
Əgər hüquqi şəxs kimi fəaliyyət göstərirsiniz və biznes kartı əldə etmək istəyirsinizsə, bu zaman biznes kartları ilə bağlı hazırladığımız məqalədən faydalana bilərsiniz - Ən sərfəli biznes kartları
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!