“Sosial məsuliyyətli biznes” - kommersiya uğuruna elə yollarla nail olmalıdır ki, bu zaman etik prinsiplərə dəyər verən, insanlar, cəmiyyətə və ətraf aləmə qayğı ilə yanaşan metodlar tətbiq edilsin. KSM deyəndə məsuliyyətli biznes yanaşmasının tətbiqi başa düşülür, bu yanaşmalar biznesə fayda gətirməli, sosial, iqtisadi və ekoloji dayanıqlı inkişafa dəstək göstərməli, biznesin cəmiyyətə pozitiv təsirlərinin maksimallaşdırılmasına, neqativ təsirlərin isə minimuma endirilməsinə çalışmalıdır.
Bu anlayışı nəzərdən keçirərkən qeyd etmək lazımdır ki, KSM özündə aşağıdakıları əhatə edir:
- Kompaniyanın öz partnoyorları ilə münasibətdə məsuliyyəti;
- İstehlakçılara münasibətdə məsuliyyətlilik;
- Öz əməkdaşlarına münasibətdə məsuliyyətlilik;
- Kompaniyanın ekoloji məsuliyyəti;
- Kompaniyanın bütünlükdə cəmiyyət qarşısında məsuliyyəti.
Həmçinin qeyd etmək vacibdir ki, KSM-in başlıca xarakterik cizgisi - könüllülük, faktiki olaraq xeyriyyəçiliyin sinonimidir. Mahiyyət etibarı ilə biznes kompaniya daxili və xarici ortamı qarşısındankı məsuliyyətini dərk edir və öz gəlirlərinin bir hissəsini ictimai ehtiyaclara sərf edir.
KSM-i hərə fərqli şəkildə anlayır, bəziləri bunu şirkətlərin törətdiyi digər çirkli əməllərin, günahların yuyulması kimi qiymətləndirirlər. Amma ümumilikdə getdikcə dünyada KSM-ə maraq artır və şirkətlərin bir çox göstəricilər üzrə olduğu kimi, KSM reytinqi də tərtib edilir.
Biz isə banklarımızın KSM fəaliyyətini araşdırmaq niyyətindəyik. Ən fərqli aspektlərdən yanaşdıqda, Sizcə hansı bank bu cəmiyyət və yaşadığımız bu ölkənin təbiəti, elə də öz işçiləri üçün daha çox şeylər edir və necə nümunəyə çevrilir?
Xatırlayıram ki, təxminən bir il öncə KSM mövzusu ilə bağlı bir neçə banka müraciət etdikdə, bildirirdilər ki, hələ ki, KSM konsepsiyası tam hazır deyil, lakin növbəti il üçün KSM proqramları hazırlanır.
Bu il, sözügedən istiqamətdə müəyyən dəyişiklikləri hiss etmək olur
Təbiətə qayğı
Mövzuya təbiətdən başladığım üçün ilk öncə qeyd edəcəyim tədbir məhz Bank of Baku-nun “Təbiətin- bizə ehtiyacı var” layihəsidir. Tədbir çərçivəsində Binəqədi rayonu ərzində 100-dən çox ağac əkilmişdir.
Həmçinin ilin əvvəlində Turanbank "Hər kağızı bir yarpağa dəyişək" aksiyasına qoşulub. Layihə çərçivəsində bu təşəbbüsə qoşulmuş Bank istifadə olunmuş kağızları Bakı şəhərindəki ASAN xidmət mərkəzlərində yerləşən xüsusi məntəqələrə təhvil verməli və təhvil verilmiş hər 50 kiloqram kağız qarşılığında bir ədəd ağac almalı idi. Daha sonra isə ağaclar layihədə iştirak edən qurumların iştirakı ilə xüsusi tədbir çərçivəsində Bakı şəhəri ərazisində öncədən müəyyənləşmiş yerlərdə əkilib.
Cəmiyyətə qayğı
Maraqlı KSM layihələri ilə seçilən Kapital Bank Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həllinə kömək məqsədi ilə yeni su hövsənin inşasını maliyyələşdirib. İstifadə edilən köhnə su hövzəsi təmirsiz olduğundan ərazidə içməli su ilə bağlı müəyyən çətinliklər vardı. İndi Xocalı köçkünləri Kapital Bankın onlara hədiyyə olaraq inşa etdiyi yeni su hövzəsindən faydalana biləcəklər.
"Səndən ötrü can verməyə cümlə qadiriz, Sən ötrü qan tökməyə cümlə qadiriz”
Əgər bu sözləri hərfi mənaya varmadan düşünsək, onda canımızla və eləcə də qanımızla bu ölkəyə xidmət etməli olduğumuzu anlarıq.
Beləliklə Banklarımız qan vermə aksiyalarında da kollektiv olaraq iştirak edir.
Kapital Bank Respublika Talassemiya Mərkəzi ilə birgə Bankın Baş ofisində talassemiyalı körpələr üçün qanvermə aksiyası keçirilib. Aksiyada Kapital Bankın 100-dən artıq əməkdaşı iştirak edib.
Bank VTB (Azərbaycan) ASC-nin kollektivi də talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə fevralın 21-də qanvermə aksiyasında iştirak etmişdir. Tədbir B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilmişdir.
Amrahbank Azərbaycan Talassemiya Federasiyası” ilə birlikdə Qanvermə aksiyası həyata keçirib. Aksiya may ayının 17-də, “Amrahbank”ın Nərimanov filialında təşkil olunub. Qan vermədə “Amrahbank” kollektivindən 100-dən çox könüllü iştirak edib.
Uşaqlar bizim gələciyimizdir
Banklarımız müxtəlif bayramlar ərəfəsində uşaq evlərini ziyarət edir, onlara hədiyyələr aparırlar. Amma düşünürəm ki, belə ziyarətlərdən daha çox uşaqların təlimlənmək və təhsilə ehtiyacları var. Yəni onlara gələcəkdə öz ayaqlarının üstündə dura bilməsi üçün stimul verəcək təlimlər, biliklər aşılanmalı, davamlı uzunmüddətli perspektivə hesablanmış layihələr gərəkdir.
Həmçinin 1 İyun körpələrin ümumdünya müdafiə günündə və digər bayram günlərində banklarımız sosial tədbirlər gerçəkləşdirərək, körpələri sevindirməyə çalışıb.
Bankın adı |
Aksiyanın adı |
AccessBank |
|
AtaBank |
|
Bank of Baku |
|
Turan Bank | |
UNİBANK |
Körpələr sevinir |
DəmirBank |
Uşaqlar üçün xeyriyyə tədbiri |
PAŞA BANK | |
Yapı Kredi Bank Azərbaycan |
AccessBank əməkdaşlarının uşaqları valideynlərinin iş yerində:
Bank of Baku: Hər gün 1 İYUN olsun! Hər gün balalarımızın üzündə təbəssüm olsun!
Təhsil və gələcək inkişaf
Təhsil layihələrindən danışıb da, PAŞA Bankın adını çəkməmək olmaz. “Mən PAŞA Bankın Təqaüdçüsüyəm”, "Davamlı Müəssisənin İnkişaf Proqramı" ‘Gələcəyə Təşəbbüs Yazı Müsabiqəsi 2014' kimi proqramlarla PAŞA Bank iqtisadi sahədə təhsil alan gənclərə dəstək göstərir. Bu layihələr vasitəsi ilə onlar təqaüdlər alır, ölkə xarisində yay məktəblərində iştirak edə bilir, gənc yaşlarında biznes qurmağı və s. öyrənirlər.
Təhsil və maarifləndirməyə hesablanmış layihələr içərisində AccessBankın Karyera məktəbi, Fiziki imkanları məhdud olan gənclər üçün təlim, KİV nümayəndələri üçün “Maliyyə biliklərinin artırılması” mövzusunda keçirdiyi təlimlərini qeyd etmək olar.
AccessBank əngəlləri deyil, imkanları tanıyır!
Unibank və British Council-dan birgə “Birləşmiş Krallıqda Təhsil Sərgisi
Bununla yanaşı Yapı Kredi Bankçılıq Akademiyasının təşkilatçılığı ilə keçirilən 2-ci Beynəlxaq Marketinq Gününü də qeyd etmək olar. Bu tədbirə qatılan bankın Azərbaycandakı korporativ müştəriləri və yerli iş dünyasının qabaqcıl nümayəndələri iştirak etmiş və “Müştərilərinizə önəm verin” mövzusunda müştəri təcrübəsi və reklam anlayışı ilə bağlı yeni yeni bilik və təcrübə mübadiləsi əldə etmişlər.
Ən yaxın zamanlarda keçirilən tədbirdərdən biri isə Yapı Kredi Bank Azərbaycan və Yapı Kredi Bankçılıq Akademiyasının təşkil etdiyi 2-ci Bakı Maliyyə Zirvəsi olub. Tədbir dünyada hazırda hökm sürən iqtisadi-maliyyə trendlərini müzakirə etmək baxımından böyük əhəmiyyət kəsb edib.
Qiymətləndirmək Sizin öhdənizə düşür, əgər hansısa tədbiri unutmuşuqsa, bizi üzrlü hesab edin. Bu mövzuda araşdırmalarımız davam edəcək.