Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub | Banco.az

Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub

23-25 may 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilmiş banklararası şahmat çempionatı başa çatmışdır.

Nəticələrə əsasən şəxsi-komanda çempionatında “ABB” ASC qalib gəlmişdir.

2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “Bank Respublika” ASC qərarlaşmışdır.

Banklararası şahmat çempionatında şəxsi hesabda isə “Kapital Bank” ASC-nin nümayəndəsi Beyrək Rəhimov qalib gəlmişdir.

2-ci yeri “ABB” ASC-nin nümayəndəsi Rəsul Mənsimli qazanmışdır.

3-cü yerdə isə “ABB” ASC-nin nümayəndəsi Zöhr Babazadə qərarlaşmışdır.

4-cü yeri “ABB” ASC-dən Rauf Hacılı, 5-ci yeri “Yelo Bank” ASC-dən Elçin Qafarlı, 6-cı yeri “TuranBank” ASC-dən Ruslan Əliyarov, 7-ci yeri “AFB Bank” ASC-dən Orxan Hüseynov, 8-ci yeri “Expressbank” ASC-dən Teymur Quliyev qazanmışlar.

Bununla yanaşı, şəxsi-komanda çempionatında qadınlar arasında “Ən yaxşı qadın iştirakçı” adına “Bank of Baku” ASC-ni təmsil edən Çiçək Hacızadə layiq görülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Artıq 6-cı dəfə keçirilən və hər il böyük marağa səbəb olan çempionatda 15 kredit təşkilatından 60-a yaxın nümayəndə iştirak etmişdir. 

Qeyd edək ki, Çempionat Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan banklararası şahmat çempionatı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilməkdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et