Banklar birləşərsə, kredit və əmanətlərin aqibəti necə olacaq? | Banco.az

Banklar birləşərsə, kredit və əmanətlərin aqibəti necə olacaq?

Son günlər bankların bağlanması ilə barəbər, bankların birləşməsi də aktual məsələyə çevrilib. Bankların birləşməsi halında əmanətlərin və kreditlərin aqibəti insanları narahat etməyə başlayıb.

Birləşmə prosesindən sonra kredit və əmanət sahiblərinin aqibəti bərədə ekspertlərə müraciət etdik.

banco.az-a verdiyi açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki,


Birləşmiş bankların hər ikisinin borcluları bundan sonra yeni bank qarşısında borclu hesab ediləcək. Hər ikisinin borcu da yeni banka keçəcək. Sonuncu məsələ xüsusilə əhəmiyyətlidir. Belə ki, birləşmə haqda qərar verilən kimi hər iki bankın kreditorunun ixtiyarı var ki, borcun ödənilməsini vaxtından əvvəl tələb etsin.

Əmanətçilər faizləri itirmədən əmanəti geri götürə də bilər, istəsələr. Borclular isə ödəməlidir krediti. Yəni prinsip etibarı ilə heç nə dəyişmir.

 

 

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı ekspert Samir Əliyev isə verdiyi açıqlamasında qeyd edib ki,


Bankın birləşməsi müsbət addım olsa da, əslində bu çox çətin prosesdir.

Çünki maraqların toqquşması halı yaşanır. Bu gün Azərbaycan banklarının birləşməsinə maneə olan səbəblərdən biri də maraqların olmasıdır. İndi sadəcə ortaq maraq yaratmaq lazımdır ki, düzgün nəticələr əldə olunsun. Bankların birləşməsi, öhdəliklərin pozulmasına şərait yarada bilməz. Müqavilə öhdəlikləri pozulmamalıdır. Eyni zamanda kredit götürənlər də başa düşməlidirlər ki, nəinki bank birləşəndə, eyni zamanda banklar bağlananda da borclarını ödəməlidirlər.

Nəzəri cəhətdən bankların birləşdirilməsi nə bankın vətəndaş qarşısında öhdəliyinə, nə bankların kredit şərtlərinə, nə də əmanətlərə təsir etməməlidir.

 

Qeyd edək ki, qanunla müəyyən olunduğu kimi birləşmə prosesində olan banklar lisenziya alana kimi bank əməliyyatlarını öz müxbir hesabları vasitəsilə davam etdirir və öz öhdəliklərini yerinə yetirirlər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et