Bankın sanasiyası nədir? | Banco.az

Bankın sanasiyası nədir?

Bank sanasiyası nədir?

Sanasiya (latın dilində sanatio – müalicə sözündən götürülüb) hər hansı bir müəssisənin bankrotdan xilas edilməsi məqsədi ilə həyata keçirilən sağlamlaşdıırcı tədbirlər toplusudur.

Kredit müəssisənin sanasiyası zamanı  -borcalan müəssisəyə maliyyə vəsaitləri ayrılır ki, bu vəsaitlərin köməkliyi ilə həmin təşkilat öz ödəmə qabiliyyətini bərpa edir və öz öhdəlikləri üzrə ödənişləri həyata  keçirir.

Bankın sanasiyası o halda həyata keçirilə bilər ki, maliyyə təşkilatının iflasdan qurulmaq imkanları hələ də özünü qoruyur. Bu prosedurlar yalnız o zaman həyata keçirilir ki, həmin bankın ölkə iqtisadiyyatı və ya konkret region üçün əhəmiyyəti çox böyük olsun. Belə bankları “iflas etmək üçün çox böyük” bank adlandırılırlar.

Amma Mərkəzi Bank bu prosesi yerinə yetirməkdən imtina edə bilər.

Bankın sanasiyası bankda xidmət olunan istər fiziki şəxslərin, istər də hüquqi şəxslərin mənafeyinə uyğundur. Belə ki, fiziki şəxslər öz əmanətlərini olduğu həcmdə saxlaya bilir, bankrot halında isə onlara yalnız sığortalanmış 30 000 manat geri qayıdacaqdı. Hüquqi şəxslər də sanasiya zamanı öz hesablarındakı pulları qorumuş olur və bankda xidmət olunmağı davam etdirə bilər.

Bankların maliyyə sağlamlaşdırılması tədbirləri “Banklar haqqında” qanunun 8-ci fəslində, 57-ci maddədə öz əksini tapır.

Qanundan çıxarış

VIII  fəsil

BANKLARIN   MALİYYƏ    SAĞLAMLAŞDIRILMASI

M a d d ə   5 7. Maliyyə sağlamlaşdırılması tədbirləri

57.1.  Bank aktivlərində əhəmiyyətli xüsusi çəkiyə malik olması, böyük sayda əmanət hesablarına xidmət göstərməsi və banklararası hesablaşmalarda mühüm paya malik olması ilə əlaqədar maliyyə sabitliyinin pozulması banklararası ödəmələrdə sistem xarakterli böhrana, əmanətçilərin pul vəsaitlərinin kütləvi surətdə itirilməsinə və bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola biləcək ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bank barəsində dövlət vəsaitləri cəlb etməklə maliyyə sağlamlaşdırılması tədbirləri həyata keçirilə bilər.

57.2.  Bankın maliyyə sağlamlaşdırılması sahəsində tədbirlər planını Milli Bank hazırlayır. Planda bankın idarə olunmasında və ya cari fəaliyyətində mövcud çatışmazlıqlar göstərilməklə, onların aradan qaldırılması üçün tələb olunan təshih tədbirləri, habelə bu tədbirlərin həyata keçirilməsinin qrafiki müəyyən olunur. Planda, həmçinin bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş bir və ya bir neçə əməliyyat nəticəsində bankın aktivlərinin və öhdəliklərinin başqa banka keçirilməsi imkanlarının mövcudluğu və bankın səhmdarlarının dəyəri itirilmiş səhmlərinin dövlət vəsaiti hesabına bərpasına yol verilməməsi üçün tədbirlər göstərilir. Planda Azərbaycan Respublikasında büdcə siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qaydada bankın maliyyə sağlamlaşdırılması üçün zəruri olan dövlət vəsaitinin məbləği müəyyən olunur.

Ən sərfəli kredit üçün müraciət et

57.3.  Bankın maliyyə sağlamlaşdırılması haqqında Milli Bankın Azərbaycan Respublikasının büdcə siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış birgə təklifi müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təklifə müsbət baxdıqda bankın maliyyə sağlamlaşdırılması haqqında qərar qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir.

57.4.  Bankın maliyyə sağlamlaşdırılması tədbirləri Milli Bankın təyin etdiyi müvəqqəti inzibatçı tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir.

57.5.  Maliyyə sağlamlaşdırılması prosesində olan bankın aktivlərinin qorunması və öhdəliklərinin icrası məqsədilə Milli Bankın müraciəti əsasında bankın maliyyə sağlamlaşdırılması üzrə tədbirlər planına uyğun olaraq məhkəmə:

  • 57.5.1. bankın aktivlərinin və öhdəliklərinin tam və ya bir hissəsinin dövlət tərəfindən yaradılan və/və ya kapitallaşdırılan banka köçürülməsi;
  • 57.5.2. bankın məcmu kapitalının itirildiyi halda səhmdarların səhmlər üzərində mülkiyyət hüquqlarının tam və ya qismən itirilməsi;
  • 57.5.3. bankın nizamnamə kapitalının artırılması və Milli Bankın təklif etdiyi şərtlərlə səhmlərin buraxılması haqqında qərar qəbul edə bilər.
  • 57.6.  Bankın aktivlərinin və öhdəliklərinin başqa banka köçürülməsi bankın və ya onun hər hansı bir idarəetmə orqanının razılığını tələb etmir. Öhdəliklərin köçürülməsi barədə bildiriş kütləvi informasiya vasitələrində dərc olunduğu günün ertəsi günü qüvvəyə minir
  • .57.7.  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı planın həyata keçirilməsi dövründə bankın maliyyə sağlamlaşdırılması üzrə tədbirlərin gəzlənilən nəticə vermədiyi barədə Milli Bankın Azərbaycan Respublikasının büdcə siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının birgə vəsatətini aldıqda bankın maliyyə sağlamlaşdırılması tədbirlərinə xitam verilməsi haqqında qərar qəbul edə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et