Bankçılıq nəhənginin baş direktoru 150 milyon dollarlıq səhmlərini satıb | Banco.az

Bankçılıq nəhənginin baş direktoru 150 milyon dollarlıq səhmlərini satıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan”ın baş direktoru Ceymi Dimon təxminən 150 milyon dollar dəyərində səhm satışı həyata keçirib.

Banco.az xəbər verir ki, ABŞ-ın ən böyük bankı olan “JPMorgan Chase”in baş direktoru Ceymi Dimon cümə axşamı günü açıqlanan SEC sənədinə görə, bankdakı təxminən 150 milyon dollar dəyərindəki səhmlərini satıb.

Bununla da, Amerikanın ən böyük kreditorunun sədri 2005-ci ildə vəzifəyə gəldikdən sonra ilk dəfə səhm satışı həyata keçirib.

Qeyd edək ki, ötən oktyabr ayında edilən müraciətdə bank Dimon və ailəsinin 8,6 milyonluq səhmlərinin 1 milyonunu satmağı planlaşdırdıqlarını bildirmişdi. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Wall Street”də ən uzun müddət vəzifədə qalan yüksək səviyyəli rəhbərlərdən biri olan Dimon indiyə qədər bankın 821,778 səhmini satıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et