“Bank Standard”ın Kreditorlar Komitəsinin ilk iclası keçiriləcək | Banco.az

“Bank Standard”ın Kreditorlar Komitəsinin ilk iclası keçiriləcək

Aprelin 28-də ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.

Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verilir ki, iclas saat 15:00-da Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında olacaq. 

Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən iclasda şəxsən və yaxud səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak etmələri xahiş olunur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki,  ötən il oktyabrın 4-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə “Bank Standard” müflis elan edilib və onun ləğvinə başlanılıb. Eyni zamanda həmin qərarla ADIF banka ləğvedici təyin edilib. Bankın kreditorlarının say çoxluğu və kreditor tələblərinin həcmi nəzərə alınaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə Kreditorlar Komitəsi yaradılıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et