Bank sədri: Kifayət qədər pulumuz var, xaricdən borc almağa ehtiyac yoxdur | Banco.az

Bank sədri: Kifayət qədər pulumuz var, xaricdən borc almağa ehtiyac yoxdur

"Hazırda Azərbaycan Beynəlxalq Bankı kifayət qədər likvid vəsaitlərə malik olduğundan xaricdən belə bir cəlbetməyə ehtiyac yoxdur". 

Bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib. 

O qeyd edib ki, Beynəlxalq maliyyə institutları, o cümlədən ödəniş sistemləri ilə əməkdaşlıq əlaqələrimiz isə daha da inkişaf edir və genişlənir: "Bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Bankı ən çox beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Elə bu günlərdə Union Pay beynəlxalq ödəniş sisteminin kartlarının emissiyasına başladıq. Bundan başqa, American Express ödəniş sistemi ilə eksklüziv tərəfdaşlığımızın müddəti növbəti 6 il müddətinə uzadıldı. Azərbaycan Beynəlxalq Bankı ABŞ-ın dörd bankında müxbir hesabları olan yeganə Azərbaycan bankıdır. Yeni əməkdaşlıq perspektivlərini həmişə dəyərləndirməyə çalışırıq və bu, gələcəkdə də belə olacaq. Bütün bu əməkdaşlıqlar, beynəlxalq əlaqələr, təbii ki, müştərilərimizə xidmət üçündür. Bu əlaqələr həm korporativ, həm də fərdi müştərilərimizin əməliyyatlarını çevik, rahat və yüksək keyfiyyətlə yerinə yetirməyimizə şərait yaradır".

Ən sərfəli kredit üçün müraciət et

marja