Bank of Baku İpoteka kreditini 150.000 AZN-dək artırdı! | Banco.az

Bank of Baku İpoteka kreditini 150.000 AZN-dək artırdı!

 

Bank of Baku, ev arzusunda olan şəxslər üçün İpoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirdi. İpoteka krediti üzrə maksimal məbləği 150.000 AZN-dək artıran Bank, minimal 20% İLKİN ÖDƏNİŞ etməklə müştərilərini ev sahibi etmək niyyətindədir.

Bank of Baku-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ isə sadəcə 8% təşkil edir. 

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına verilən İpoteka kreditinin rəsmiləşdirilməsi üçün aşağıdakı ilkin sənədlər tələb olunur:

  • Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
  • Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
  • Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
  • İş yerini və gəlirlərini təsdiq edən sənədlər.
  • Asan imza və ya Elektron imza

Yuxarıdakı güzəştli şərtlərdən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-gov.az saytından qeydiyyat keçib, ərizə formasını dolduraraq Bank of Baku-ya müraciət edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

İpoteka krediti haqqında daha ətraflı məlumat almaq istəyənlər, 145 Məlumat Mərkəzinə zəng edə və ya banka yaxınlaşa bilərlər.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 

Ən sərfəli krediti almaq üçün müraciət et